Cəmiyyət

Bakının mərkəzi küçəsi İŞIQLANDIRILMIR – FOTO

Sharing is caring!


Yasamal rayonu Salatın Əsgərova küçəsinin bir hissəsi işıqlandırılmır. Belə ki, “Nizami” metro stansiyasının arxası, Hacı Sultan Əli məscidinin yerləşdiyi küçədə işıqlandırma sistemi yoxdur.

Bu barədə Bizim.Media-ya həmin küçənin sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, hava qaraldıqdan sonra küçədə hərəkət piyadalar və avtomobillər üçün təhlükəlidir.

Sakinlər könüllü olaraq küçəni işıqlandırmaq məqsədilə bir ucu məscidin binasına, digər ucu üzbəüz binaya bərkidilən naqilin üzərinə lampa quraşdırıblar.

Lakin bu cəhdlər uğursuz alınıb. Çünki lampanın qoşulduğu naqil heç bir elektrik xəttinə və işıq dirəyinə bağlı deyil.

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu küçə işıqları məsələsinin onlara aid olmadığını bildirib. 

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən bildirilib ki, qurumda məsələyə münasibət bildirəcək səlahiyyətli şəxs yoxdur.

Mövzunu diqqətdə saxlayacağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir