Siyasət

Ermənini özünə gətirən partlayış: “Həyat, deyəsən, gözəldir” – VİDEO

Sharing is caring!


Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi Qarabağ və ətraf ərazilər uğrunda 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən, bu döyüşlərdə əldə etdiyimiz zəfərdən bəhs edir.

Filmin qısa süjeti belədir: Döyüşdə yanında bomba partlaması ilə travma alan Vaçik qardaşı Xaçiklə birlikdə Azərbaycan tərəfinə əsir düşür. Vaçik aldığı travmadan sonra həqiqəti görməyə başlayır və “Qarabağ Azərbaycan”dır deyir.

Xaçik qardaşının bu vəziyyəti ilə barışa bilmir, hətta onu öldürmək istəyir. Anası, qardaşı və bütün qohum-əqrəbası Vaçikdən imtina edir.

Rejissor Vaçik və Xaçikin timsalında erməni cəmiyyətini göstərir. Vaçikçilər sülhün, xaçikçilər müharibənin tərəfdarıdırlar.

Bu iki qardaş həm müalicə almaq, həm də sorğu-sual edilmək məqsədilə Psixiatriya Xəstəxanasına yerləşdirilir. Maraqlı məsələ odur ki, xəstəxananın baş həkimi erməni qadın ilə ailə qurub və onun özünün də psixoloji problemləri var.

Həkimin arvadı hər dəfə ona deyir ki, “mən sənin qəlbinə yol tapa bilmədim, ona görə şüuraltına girirəm”.

Beləliklə, onun yuxularına girib erməni sevgisi aşılamağa çalışır.

Qarabağın azad olunma xəbərini eşidən həkim eyvana çıxıb xalqla birlikdə sevinir. Bu zaman erməni arvadı onun ayaqlarını qucaqlayıb ağlayır.

Bu səhnə erməni qadının timsalında ermənilərin Azərbaycanın ayaqları altına düşdüyünü, təslim olduqlarını göstərir.

Bu filmdə sülh mesajları da var. Azərbaycanlı polkovnikin “Onlar bizim qonşularımızdır” deməsi, Vaçikin xahişi ilə palatasına qoyulan Azərbaycan-Ermənistan bayrağı buna sübutdur.

“Həyat, deyəsən, gözəldir” ilk milli filmidir ki, Azərbaycan və Ermənistan bayrağı yanaşı göstərilir.

Daha ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir