Siyasət

Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Sharing is caring!


ABŞ-nin Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə xarici ölkələrin ABŞ-də akkreditə olumuş diplomatik nümayəndəliklərinin rəhbərləri və üzvləri, hərbi attaşelər, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, hərbi attaşe Rüstəm Gözəlov, ABŞ-də Azərbaycan icmasının fəal üzvü Həbib Azərsina Zəfər Günü ilə bağlı çıxış ediblər.

Tədbirdə çıxışçılar tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, ədalətin də bərpa edildiyi qeyd edilib, bunun yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün önəmli olduğu vurğulanıb. Ədalətsizliyin və ikili standartların yalnız Azərbaycan üçün deyil, hər bir ölkə üçün təhdid təşkil etdiyi və bununla mübarizənin ümumi vəzifə təşkil etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin tarixi missiyanı tamamladığı vurğulanıb. Bu il ölkəmizdə Zəfər Günü bayramının tamamilə fərqli mühitdə qeyd edildiyi, Zəfər Gününün zəfər, cəsarət, ədalət və milli qürur bayramı olduğu vurğulanıb. Azərbaycan xalqının bundan sonra hər zaman öz ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət və xalq kimi yaşayacağı, həmçinin cənab Prezident İlham Əliyevin Xankəndi şəhərində qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi, eyni zamanda, öz ləyaqətini bərpa etdiyi vurğulanıb.

Tədbirin rəsmi hissəsinin sonunda Zəfər Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Daha sonra qonaqlara milli mətbəximizin təamları təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir