Cəmiyyət

Yeddi yaşlı Zəhranın anası fəryad edir: “Bezlərini belə ala bilmirəm” – FOTO

Sharing is caring!


Yeddi yaşlı Zəhranın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Yeganə Xəlilova məlumat verib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Zəhra anadangəlmə serebral iflicdən əziyyət çəkir. Nə otura, nə ayağa qalxa bilir. Demək olar ki, doğulan gündən müalicə etdiririk. Amma hazırda buna imkanımız çatmır. Müalicə dayananda ağrıları artır, qışqırıb-ağlamağa başlayır. İnanın nə dərmanlarını, nə bezini ala bilmirəm. O qədər çıxılmaz vəziyyətdəyəm ki, borc almağa da adam tapmıram. Hazırda müalicələr və gündəlik xərclərini qarşılamaq üçün 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 982-59-38

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir