Cəmiyyət

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Uşaqda öskürək dörd həftədən çox davam edərsə, mütləq yoxlanmalıdır”

Sharing is caring!


“Uşaq xəstədirsə, dərsə gəlməsin söhbəti deyil. Xəstəlik müddətində, inkubasiya dövründə də yoluxuculuq var”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov qurumun rəsmi “Instagram” səhifəsindəki növbəti canlı yayımda uşaqların mövsümi virusdan qorunması haqqında danışarkən deyib.

O bildirib ki, yuxarı tənəffüs yolları infeksiyasında 300-dən çox virus olur:

“Bu, birinci populyasiya dövrünü artırır. Biz heç həmin virusları müalicə etmirik. Birinci virusu təyin etmək üçün analiz bahadır və nəticə bir aya çıxır. Bəzi dərmanlar toksikdir və onlardan necə gəldi istifadə etmək olmaz.

Öskürək varsa, nəmləndirici təyin ediləcək, burun tutulması varsa, nəfəs almağı normallaşdıracağıq, baş, bədən ağrıyırsa, yaş faktoru nəzərə alınaraq dərmanlar təyin ediləcək. Virus əleyhinə başqa dərmanlara ehtiyac qalmır. Ağırlaşma olan təhlükəli viruslar istisnadır”.

Həkim deyir ki, kəskin respirator virusun maksimum müddəti 14 gündür:

“Maksimum dörd gün ərzində hərarət olur. Bəzən olur ki, uşaqda ağır əlamətlər keçir, amma öskürək qalır. Valideynlər öskürəklə bağlı panikaya düşürlər. Öskürək uşağın yatmağına, dərs oxumağına, oynamağına mane olmursa, hərarət vermirsə, təlaşlanmağa ehtiyac yoxdur. Kəskin və ağır forma almış öskürək halları istisnadır.

Üç-dörd həftəyə qədər davam edən öskürək müalicə olunmur. Əksər hallarda öz-özünə çəkilir. Əgər dörd həftədən artıq davam edən öskürək halları varsa, bu zaman paralel xəstəliklərdən – bakterial infeksiyadan, allergiyadan və s. şübhələnə bilərik. Bu hallarda biz hətta göy öskürəkdən də şübhələnə bilərik”. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir