Cəmiyyət

Bakıda ana və qızı döyülüb, ölən var

Sharing is caring!


Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə oktyabrın 30-da baş verib.

Belə ki, həmin gün saat 23 radələrində 1969-cu il təvəllüdlü Sayruz Hidayət oğlu Səttərov aralarında yaranmış mübahisə nəticəsində qonşuları – Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Marina Yevgenyevna Çabanova və qızı 1987-ci il təvəllüdlü Nərminə Mayis qızı Vəliyevanın sifət nahiyələrinə yumruqla xəsarətlər yetirmiş və həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 9 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanmış, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir