Dünya

Yaponiya qlobal reytinqdə kəskin geriləyib

Sharing is caring!

2022-ci ildə dünyanın 63 iqtisadiyyatı arasında qlobal rəqəmsal rəqabət qabiliyyətinə görə 29-cu yeri tutan Yaponiya rekord səviyyədə geriləyib.

IMD Qlobal Rəqabət Qabiliyyətlilik Mərkəzinin məlumatına görə, şərq ölkəsi ixtisaslı rəqəmsal işçi çatışmazlığı ilə mübarizə aparır.

İsveçrə institutunun direktoru Arturo Bris bildirib ki, bu reytinq şirkətlərin rəqəmsal transformasiyasının və vətəndaşlar tərəfindən rəqəmsal təcrübələrin mənimsənilməsinin izahında milli amillərin əhəmiyyətini göstərir.

Qeyd edə ki, illik hesabatına əsasən, Danimarka ilk dəfə olaraq əvvəlki illə müqayisədə üç pillə irəliləyərək birinci yeri tutub, ABŞ və İsveç isə sonrakı yerləri bölüşüb.

Sinqapur əvvəlki illə müqayisədə bir pillə irəliləyərək dördüncü, Cənubi Koreya isə dörd pillə irəliləyərək səkkizinci yerdə qərarlaşıb.

Araşdırmaya görə, Honq-Konq doqquzuncu, Tayvan 11-ci, Çin isə 17-ci yerdə olub.

Yaponiya beynəlxalq təcrübə və biznes çevikliyi kimi meyarlar üzrə ən souncu –  63-cü yeri tutub.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir