Cəmiyyət

Emin Əmrullayev: “Təhsil elə bir sahədir ki, qısa müddətdə uğur əldə etmək çətindir”

Sharing is caring!


“Hər il Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarını 55 min tələbə bakalavr, 10 minə yaxın tələbə isə magistr təhsili üzrə başa vurur”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, hələlik bu rekord göstəricidir:

“Yaxın gələcəkdə bu rəqəm artacaq. Bu gün tələbəlik dövründə iş axtaranlardan iş yaradanlara keçid, “məni kim işə götürəcək” kimi problemlərdən “mən özüm hansı dəyəri yaradıb, inkişafa töhfə verirəm” keçid vacibdir”.

Nazir əlavə edib ki, təhsil olmadan innovasiyaların tətbiqi mümkünsüzdür, bu iki məfhum bir-biri ilə əlaqədardır:

“Təhsil elə bir sahədir ki, qısa müddətdə uğur əldə etmək çətindir. Daha çox zamana ehtiyac var. Bu baxımdan zamanla zərurət arasında olan fərq də müzakirə olunmalıdır. İnnovativ düşüncə tərzi, yanaşmalar ümumi təhsil müəssisələrində başlamalıdır. Qısa yolda isə ali təhsil müəssisələri olmalıdır. Bilik paylaşan müəssisələrdən bilik yaradan müəssisələrə transformasiya olunmalıyıq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir