İqtisadiyyat

Azərbaycanın maliyyə sisteminin inkişaf strategiyasının hazırlanması yekunlaşmaq üzrədir

Sharing is caring!


Hazırda Azərbaycanın maliyyə sisteminin inkişafının strategiyası formalaşır və yekunlaşmaq üzrədir.

“Trend” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (IBF-2023) deyib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qüvvəyə mindikdən sonra maliyyə bazarlarında ödəniş səmərəliliyinin formalaşması üzrə zəruri və təməl tədbirlər başlayacaq. Strateji məqsədimiz növbəti dövrdə açıq bankçılıq işi konsepsiyasının formalaşması, açıq bankçılıqdan açıq maliyyələşdirməyə keçidin sürətləndirilməsindən ibarətdir. Bu keçid bank sektorunda, eləcə də, sığorta və digər kapital bazarlarında açıq verilənlərin yayılma imkanlarını təşviq etməyimizə imkan verəcək”, – o deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir