Cəmiyyət

Anar Quliyev: “Qarabağ iqtisadi rayonunda daha dörd şəhərin yeni baş planı üzərində iş gedir”

Sharing is caring!


“Qarabağ iqtisadi rayonunda daha dörd şəhərin yeni baş planı üzərində iş gedir”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə İstanbulda keçirilən Ümumdünya Məskunlaşma Günü ilə bağlı rəsmi tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O qeyd edib ki, hazırda yeddi şəhərin baş planı üzrə işlər davam edir, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri görülür:

“Şəhərsalma baxımından bizim gündəlik işimiz 10 milyondan çox əhalisi olan Azərbaycanın 79 şəhərini və 4000-dən çox qəsəbə və kəndini əhatə edir. Nisbətən qısa müddət ərzində – cəmi son 15 il ərzində biz artıq 68 şəhər üçün yeni baş plan hazırlamışıq. Başqa sözlə, şəhərlərimizin demək olar ki, 90%-i üçün artıq yeni müasir baş plan hazırlanıb”.

A.Quliyev, həmçinin onu da xatırladıb ki, Azərbaycan tərəfi Türkiyənin zəlzələdə zərər görən Kahramanmaraş şəhərində yaşayış binalarını, məktəb və uşaq bağçasını inşa edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir