Cəmiyyət

Hesablama Palatası nazirliklərin xərclərində uyğunsuzluqlar aşkarlayıb

Sharing is caring!


“Hesablama Palatası tərəfindən aparılan təhlillər, 2024-cü ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əksəriyyətinin aradan qaldırılması fonunda, bəzilərinin hələ də mövcud olduğunu göstərir”.

APA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd olunub ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımaddəsində) nəzərdə tutulmaq əvəzinə, digər istiqamətlərdə nəzərdə tutulur. Bu da dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır.

Xatırladaq ki, Hesablama Palatası Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə 6,1 mln. manatın (Digər enerji mənbələri) və 2,3 mln. manatın (Digər iqtisadi xidmətlər), tam olaraq “Sair xərclər” maddəsində proqnozlaşdırılmasının dəqiqləşdirilməsini təklif edir.

Eyni zamanda Hesablama Palatası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər) üzrə 4,4 mln. manatın “Dövlət müəssisələrinə subsidiyalar” paraqrafında proqnozlaşdırılmasının məqsədəuyğun olmadığını hesab edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir