Cəmiyyət

Konstitusiya Məhkəməsi vətəndaşın apellyasiya şikayəti hüququnun pozulduğunu təsdiqləyib

Sharing is caring!


Konstitusiya Məhkəməsi vətəndaş E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair qərar qəbul edib

“Report”un məlumatına görə, sənəddə birinci instansiya məhkəməsinin çıxardığı qərardan narazı qalan vətəndaşın apellyasiya şikayətinin təmin olunmadığı bildirilib.

Konstitusiya Məhkəməsi vətəndaşın apellyasiya hüququnun təmin olunmamasının Əsas Qanuna uyğun gəlmədiyini hesab edib.

Milli Məclisə isə birinci instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi tövsiyə olunub.

Eyni zamanda qərarda bildirilib ki, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilməli, həmçinin işə yenidən baxılmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir