Cəmiyyət

Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşüblər – FOTO

Sharing is caring!


Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Xatirə Əhəd qızı Əliyeva iyulun 24-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Rayonun Orta Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Tərlan Siracəddin oğlu Məsimov isə oktyabrın 7-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib.

Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və ya barələrində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir