Cəmiyyət

Orqan satışı ilə bağlı elanlar artır: Cana can qatmaq, yoxsa “can bazarı”? – FOTO

Sharing is caring!


“Son zamanlar sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyən insanlarla bağlı və buna dair səhifələrə rast gəlinir”.

Məsələ ilə bağlı “Trend”ə açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib ki, bəzi orqan satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məsələlərin gündəmə gəlməsi xoşagəlməzdir.

“İnsanlar arasında bu haldan sui-istifadə edərək orqan alverinə cəhd xoşagəlməz haldır. Bu həm hüquqi, həm də tibbi tərəfdən birmənalı olaraq yolverilməzdir. Azərbaycan qanunvericiliyində bunu əngəlləyən hüquqi- normativ sənədlər var. Biz əminik ki, Səhiyyə Nazirliyinin tərkibində yaradılmış Koordinasiya mərkəzinin və hər bir xəstəxanada bu işlə məşğul olan ekspertlərin və xəstəxanaların özlərinin deontolojik, etik, hüquq kriteriyalarına uyğun olaraq bunun real nəticələri ilə rastlaşmamışıq”, – deyə deputat əlavə edib.

R.Mahmudov vurğulayıb ki, bu, birmənalı olaraq ölkəmizdə aparılan səhiyyə islahatlarına zərər verən bir hadisədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir