Cəmiyyət

“Azərbaycan Milli Ensiklopediyası”nda təkrar sözlərin sayı azaldılıb, yeni sözlər əlavə olunub

Sharing is caring!


“Azərbaycan Milli Ensiklopediyası”nda təkrar sözlərin sayı 500-ə endirilib, 40 yeni söz əlavə olunub.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ensiklopediyanın sözlüyünün hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

AMEA rəhbəri diqqətə çatdırıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 12 bölmə üzrə 862 sözdən ibarət ensiklopediyanın sözlüyü qısa müddətdə hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib və sözlüyün müzakirəsini təmin etmək və son variantını hazırlamaq məqsədilə komissiya yaradılıb.

İ.Həbibbəyli vurğulayıb ki, təkrarlar aradan qaldırılaraq sözlükdə sözlərin sayı 500-ə endirilib və əlavə yeni 40 söz artırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir