Dünya

İsrail Xameneiyə səsləndi: “Tezliklə peşman olacaqsınız” – FOTO

Sharing is caring!


İsrail hökumətinin rəsmi “X” sosial şəbəkə hesabında İranın ali rəhbəri Əli Xameneiyə cavab verilib.

Xatırladaq ki, Əli Xamenei “X” sosial şəbəkə hesabında HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi əməliyyatları dəstəkləyib.

“Təl-Əviv özünü qurban kimi göstərməyə çalışaraq Qəzzada insanların kütləvi şəkildə öldürülməsinə haqq qazandırmaq istəyir”, – deyə Əli Xamenei qeyd edib.

İsrail dövlətinin cavabında isə deyilir:

“Klaviatura arxasında gizlənib cəsarətli olmaq asandır. Siz və HƏMAS-dan olan dostlarınız çox tezliklə öz vəhşi hərəkətlərinizdən peşman olacaqsınız”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir