Cəmiyyət

Avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən sürücüyə bəraət verildi

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən E.Əsədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü ləğv olunub.

Belə ki, E.Əsədovun Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. 

İttihama görə, hadisə 28 iyun 2021-ci il tarixdə, saat 11 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, E.Əsədov idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, zərərçəkmiş İ.Malıyevi vurub. Nəticədə ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Daha sonra E.Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir