Cəmiyyət

35 gün əsirlikdə olmuş Vətən müharibəsi qazisi ata oldu – VİDEO

Sharing is caring!


44 günlük Vətən müharibəsinin qazisi Mobil Əhmədzadənin övladı dünyaya gəlib.

Bu barədə qazinin xanımının həkimi Nigar Əlizadə öz şəxsi “Instagram” hesabından paylaşım edib.

Yeni doğulmuş körpəyə Xəlil adı verilib.

Öz körpəsini evə aparmaq üçün klinikaya gələn qazini həkim və işçi heyəti alqışlarla yola salıblar.

Qeyd edək ki, 44 günlük Zəfər Savaşında tank mərmisinə tuş gələn 1999-cu il təvəllüdlü leytenant Mobil Əhmədzadə hər iki ayağından yaralanmışdı. 5 gün meşədə, düşmən mühasirəsində qaldıqdan sonra isə əsir düşmüşdü. Əsirlikdə sağ ayağı amputasiya olunan hərbçimiz 35 gün əsirlikdə qaldıqdan sonra Azərbaycana qaytarılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir