Dünya

İsrail Qəzzada HƏMAS komandirinin atasının evinə zərbələr endirib

Sharing is caring!


İsrail hərbçiləri HƏMAS hərəkatının silahlı qanadı sayılan “İzz əd-Din əl-Qəssam” briqadalarının komandiri Məhəmməd Deyfin atasının Qəzza zolağındakı evini dağıdıblar.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin zərbəsi nəticəsində Deyfin qardaşı həlak olub. Onun ailə üzvləri evin dağıntıları altında qalıblar. Bina dağıdılan zaman briqada liderinin binada olub-olmaması barədə məlumat verilmir.

HƏMAS Deyfin vəziyyəti ilə bağlı məlumat vermir.

Bir gün əvvəl İsrail Müdafiə Ordusu Qəzzada HƏMAS-ın iki yüksəkrütbəli üzvünü – Cavad Əbu Şamala və Zəkəriyyə Əbu Maamrın məhv edildiyini açıqlamışdı. İsrail ordusunun Mətbuat Xidmətinin rəsmi açıqlamalarından sonra HƏMAS hərəkatı iki komandirinin öldüyünü təsdiqləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir