İdman

Suares Messi ilə bir komandada oynayacaq?

Sharing is caring!


“Qremio”nun hücumçusu Luis Suares azad agent kimi “İnter Mayami”yə keçməyə yaxındır.

Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Fabrizio Romano məlumat verib.

Məlumata görə, uruqvaylı forvard və onun nümayəndələri MLS klubu ilə müqavilənin detallarını razılaşdırırlar.

Bildirilir ki, “İnter Mayami”dən rəsmi açıqlama bu həftə yayıla bilər. Tərəflərin daha bir mövsüm uzadılması variantı ilə bir il müddətinə müqavilə imzalayacağı gözlənilir.

Futbolçunun Braziliya klubu ilə müqaviləsi bu ilin sonunda başa çatır.

Xatırladaq ki, Suaresin vaxtilə “Barselona”da birgə çıxış etdiyi argentinalı hücumçu Lionel Messi də hazırda məhz “İnter Mayami”də top qovur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir