Siyasət

Xarici KİV nümayəndələri Gəncədə səfərdədirlər – FOTO

Sharing is caring!

Özbəkistan, Gürcüstan və Moldovanın media nümayəndələri Gəncə şəhərinə gediblər.

“Report”un Qərb bürosunun məlumatına görə, media nümayəndələri şəhərdə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkiblər.

Qonaqlara yerli rəsmilər tərəfindən ermənilərin törətdiyi terror hadisələri ilə bağlı ətraflı məlumat verilib.

Xarici jurnalistlər fotolar çəkib və hazırlayacaqları xüsusi reportajlar üçün qeydlər aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir