Siyasət

Fransada Azərbaycan səfirliyinə hücuma görə bir nəfər saxlanılıb

Sharing is caring!

Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı fransız tarixçisi Maksim Qauin özünün “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Paris polisi “Daşnaksütyun”un Fransadakı gənclər şöbəsinin keçmiş sədri, 2015-ci ildə “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib.

“Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır”, – M.Qauin deyib.

Qeyd edək ki, bu ilin sentyabrında erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə basqın etməyə cəhd göstərib. Ermənilər mədəniyyət mərkəzinin binasına boya atıblar və polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir