Cəmiyyət

Rasim Səttarzadə: “Bakıda tullantı sularının 60%-ni təmizləmək mümkündür”

Sharing is caring!


“Bakı şəhərində tullantı sularının 60%-ni təmizləmək mümkündür, yerdə qalan hissəsi ətraf mühitə və ya Xəzər dənizinə axıdılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, ötən il ərzində yüzlərlə akt bağlanıb, sanksiyalar tətbiq olunub.

“Polietilen torbalardan istifadənin məhdudlaşdırılması ilə bağlı qərar iki il əvvəl qüvvəyə minməli idi. Ancaq bu, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərində supermarketlərin rəhbərləri ilə görüşlər keçirildikdən sonra bu il mümkün oldu”, – deyə Rasim Səttarzadə əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir