Cəmiyyət

Azərbaycanın 18-ci Milli İnternet Mükafatı NETTY-2023 başlayıb və sizi iştiraka dəvət edir

Sharing is caring!


Oktyabrın 9-da Azərbaycanın NETTY-2023 Milli İnternet Mükafatı başlayıb.

2004-cü ildə yaradılan NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirərək mükafatlandırır və bu il 18-ci dəfə keçirilir.

Müsabiqə iştirakçılarının ərizələri Netty.az saytında qəbul olunur və 2023-cü il oktyabrın 9-dan noyabrın 30-dək davam edəcək.

Dekabrın 1-dən dekabrın 7-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək.

Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

Elan edilmiş əsas nominasiyalar üzrə hər bir kateqoriya üzrə qaliblər müəyyən ediləcək.

İştirakçıların qiymətləndirilməsi aşağıdakı üç meyar üzrə aparılır: ideya, məzmun, icra.

Ərizələrin qeydiyyatı ödənişlidir. Oktyabrın 9-dan oktyabrın 13-dək ödəniş üçün güzəşt müddəti var.

2023-cü ildə NETTY aşağıdakı əsas kateqoriyalar üzrə veb-saytlar, tətbiqlər və sosial səhifələr arasında resursları qiymətləndirəcək:

– DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT

– SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT

– BİZNES VƏ SAHİBKARLIQ

– MALİYYƏ VƏ BANK İŞİ

– ELEKTRON-TİCARƏT VƏ KOMMERSİYA

– ELM, TƏHSİL VƏ İNNOVASİYA

– SƏHİYYƏ, İDMAN VƏ TURİZM

– MƏLUMAT VƏ XƏBƏRLƏR

– MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT.

NETTY 2023-ün qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilirlər. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidirlər. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.

Netty.az saytından müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərsiniz, həmçinin, bu saytdan iştirak üçün müraciət imkanınız var.

Builki mükafatı dəstəkləyən tərəfdaşlarımız:

Baş tərəfdaş – NAR.

Eksklüziv  tərəfdaş – “AzInTelecom”

Mükafatın rəsmi tərəfdaşları: “SmartHost”, “Savalan” və “Renley” şirkətləridir.

Layihənin informasiya tərəfdaşları Oxu.Az, Media.az, “Каспий” qəzeti, Baku.TV, Baku.ws, banks.az, Infocity.tech, Technote.az, “Gilavar” Foto Klubu, “Baku Hit FM”, “Auto life Radio”dur.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir