Cəmiyyət

DİN: “Neftçi” – “Qarabağ” oyunundan sonra futbolçunun saxlanılması yalandır”

Sharing is caring!


“Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” – “Qarabağ” oyunundan sonra saxlanılması barədə məlumat yalandır”.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O qeyd edib ki, futbolçunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Qarşılaşmadan sonra Elvin Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azarkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra Elvin Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir”, – A.Qafarov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir