AKTUAL

“Azərsu” ASC-nin sədri işdən çıxarıldı – SƏRƏNCAM

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Q.C.Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında”nin Sərənca imzalayıb.

Marja.az xəbər verir ki, sərəncam ilə, Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

10 İLDƏN ÇOXDUR SƏDR İDİ

Qorxmaz Hüseynov Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli sərəncamı ilə “Azərsu” ASC-nin sədri vəzifəsinə təyin olunmuşdu.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir