Cəmiyyət

Bakı ravvini yenidən Ermənistan yəhudilərini xilas etməyə çalışır – VİDEO

Sharing is caring!


Erməni təbliğatı tərəfindən Avropa və ABŞ-də Holokost mövzusundan istifadə edilməsinə və Azərbaycanın mənfi obrazının yaradılmasına qarşı yəhudi din xadimlərinin kampaniyasının təşəbbüskarı olan Bakı ravvini Zamir İsayev İrəvanda sinaqoqa hücumdan sonra yenidən Ermənistan yəhudilərinə müraciət edib.

“Bir neçə həftə əvvəl Ermənistanda qalmağın yəhudilər üçün təhlükəli olduğu barədə xəbərdarlıq etmişdim. İsrailin Diaspor Nazirliyi keçən ay iki dəfə yəhudilərə qarşı zorakılıq ehtimalını mümkün hesab edib”, – deyə ravvin “Facebook” səhifəsindəki videomüraciətində bildirib.

Onun sözlərinə görə, erməni rəsmiləri və ictimai xadimlərinin antisemit və anti-İsrail ritorikası sinaqoqa hücuma səbəb olub.

İsayev yenidən yəhudiləri “çox gec olmadan” Ermənistanı tərk etməyə çağırıb və onlara kömək etməyə hazır olduğunu təkrarlayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir