Cəmiyyət

Vüqar Bayramov: “İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır”

Sharing is caring!


“İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır”.

“Report” xəbər verir ki, bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, 2020-ci ildə münaqişə bitəndən sonra 300 nəfərdən çox dinc şəxs azad edilmiş Azərbaycan ərazilərində minaların qurbanı olub.

V.Bayramov hesab edir ki, azad edilmiş ərazilərin tədqiqi baxımından kosmik müşahidələrin aparılması xüsusi əhəmiyyət kəsb edir:

“Bu fakt bir daha kosmik müşahidələrin əhəmiyyətini artırır. Hesab edirəm ki, həmin ərazilərdə kosmik müşahidələr artırılmalıdır”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) sədr müavini Fuad Aslanov çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən xəbər verib.

F.Aslanovun sözlərinə görə, “Azərkosmos”un peykləri vasitəsi ilə təxminən 5 milyon kvadrat kilometrdən çox ərazidə tədqiqatlar aparılıb:

“Biz digər sahələrlə yanaşı, kənd təsərrüfatına da xüsusi diqqət yetiririk. Həmçinin qlobal istiləşmə dövründə baş verən dəyişiklikləri müşahidə edirik. Yerin müşahidə peykləri vasitəsi ilə baş verən prosesləri izləmək imkanımız olur.

“Azərkosmos” olaraq maariflənmə və kosmik sahədə təhsilə də üstünlük veririk. Bu məqsədlə ölkədə olan bir sıra təhsil müəssisələri ilə birbaşa işləyirik və bu işimizi davam etdirəcəyik”.

“Azərkosmos” rəsmisi Azərbaycanın kosmos habına çevrilməsi üçün işlərin getdiyini də açıqlayıb:

“Azərbaycan regionun enerji, biznes və bir çox sahələrdə habına çevrilib. Ölkəmizin kosmos habına çevrilməsi üçün də əlimizdən gələn səyləri əsirgəməyəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir