Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı Murad İsmayılla şəklini paylaşaraq, bu sözləri yazıb:
“Belə bir fotonu işğaldan azad olmuş torpaqlarımızda çəkdirərik inşallah.
Uşaqlığımdan indiyədək haqqında çox eşidib görmədiyim Şuşa!
Həsrətlə gözləyirəm ora gedəcəyim günü.
Qəlbimin bir tərəfi Qələbə sevinci ilə döyünsə də, digər hissəsi verdiyimiz itkilərdən dolayı yanır.
Esgərlərimiz var olsun, Şəhidlərimizə isə Allah rəhmət etsin”
Qeyd edək ki, “Vicdan haqqı ” serialı ilə məşhurlaşan cütlüyün sentyabrın 6-da övladları dünyaya gəlib.