Cəmiyyət

Salyanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Sharing is caring!


Salyanda yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində – Akkuşa çayının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü Kənan Namiq oğlu Aslanzadə, Salyan rayon sakinləri – 2002-ci il təvəllüdlü Aydın Əmrah oğlu Sadıqov, 1990-cı il təvəllüdlü İsmayıl Rasim oğlu Qayıbov və 1981-ci il təvəllüdlü Alim Ağabala oğlu Novruzov müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir