Cəmiyyət

Bakıda skuterlə yolu keçən şəxsi avtomobil vurub

Sharing is caring!


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Elşən Rəşid oğlu Quluzadə skuterlə yolu keçərkən onu maşın vurub.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir