Cəmiyyət

Bakıda ağac kəsilib – FOTO

Sharing is caring!


Bakıda ağac kəsilib.

Bu barədə Oxu.Az-a vətəndaş tərəfindən müraciət daxil olub.

Belə ki, paytaxtın Məhəmməd Hadi küçəsində (“Zəhra” mərasim evi ilə üzbəüz) axşam saatlarında ağac kəsilib:

“Gecə saat 2-də binanın qarşısındakı ağacları kəsiblər. Polis çağırıldı, aidiyyəti üzrə həmin şəxslər ərazidən uzaqlaşdırıldılar. Amma sonra yenidən qayıtdılar, yəqin ki, qalan ağacları da kəsmək istəyirlər.

Yaxın zamanda o ərazidə hansısa tikintiyə başlanılacaq, hazırlıq gedir. Park kimi yer idi, hətta orda olan 2 ədəd skamya da  yoxa çıxıb”.

Məsələ ilə bağlı aidiyyəti üzrə Bakı Yaşıllaşdırma Təsərrüfat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə bir ədəd ağacın kəsilməsi faktı aşkarlanıb:

“Akt tərtib edilərək hüquq-mühafizə orqanlarına göndərilib. Ərazi bundan sonra da birliyin əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir