Cəmiyyət

FHN-in əməkdaşı atıcılıq üzrə yarışda gümüş medal qazanıb – FOTO

Sharing is caring!


Sentyabrın 22-24-də Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, 44 qurumdan 166 əməkdaş (120 kişi, 46 qadın) komanda və fərdi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən FHN-in atıcılıq üzrə kişilərdən ibarət komandası 3 nəfər olmaqla yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, kişilər arasında fərdi yarışlarda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru Şahin Məmmədov finalda 10 hədəfdən 9-nu dəqiqliklə nişan alaraq gümüş medalın sahibi olub. Komanda yarışlarında isə FHN-in komandası 28 xalla beşinci pillədə qərarlaşıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Sentyabrın 25-də FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşla görüşərək, qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir