Cəmiyyət

Xızıda ev yanıb, xəsarət alan var

Sharing is caring!


Xızıda ev yanıb, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, rayonun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 kvadratmetr olan iki otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 kvadratmetr olan üç otaqlı evin dam örtüyünün yanar konstuksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir