İqtisadiyyat

BOTAŞ ilə SOCAR Avropaya qaz tədarükü üçün birgə şirkət yaradıblar

Sharing is caring!


Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR şirkətləri birgə şirkət yaradıblar və Avropaya qaz tədarük edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri “CNN Türk” televiziya kanalında çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O bildirib ki, Balkan dövlətləri bizdən (Türkiyə və Azərbaycandan) təbii qaz almaq istəyirlər. Azərbaycan Türkiyəyə böyük həcmdə sərmayə yatırıb və bu sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Avropaya qaz satışı istiqamətində icra olunan layihələri Türkiyə ilə Azərbaycan həyata keçirəcək.

Nazir diqqətə çatdırıb ki, yaxın gələcəkdə Türkiyə qaz satışı mərkəzinə çevriləcək və Azərbaycan da bunu dəstəkləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir