Cəmiyyət

Bakı Mühəndislik Universitetinin yeni rektoru kollektivə təqdim olunub – FOTO

Sharing is caring!


Bakı Mühəndislik Universitetinin (BMU) rektoru vəzifəsinə təyin edilən Yaqub Piriyev sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yaqub Piriyevin təhsil sistemindəki səmərəli fəaliyyətini vurğulayıb və göstərilən yüksək etimadı doğruldacağına əminliyini ifadə edib.

BMU-nun yaradılması tarixi və fəaliyyətinə toxunan nazir müavini sözügedən ali təhsil müəssisəsinin ölkəmizin sosial-iqtisadi inkişafında müstəsna rolunun olduğunu deyib. BMU-da yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması üçün icra olunan ikili diplom proqramı və digər layihələrə diqqət çəkən Firudin Qurbanov yeni rektorun qarşısında duran məqsəd və vəzifələri vurğulayıb.

Sonda rektor Yaqub Piriyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir