İdman

UEFA “Qarabağ“ın şikayətini rədd etdi

Sharing is caring!

UEFA “Qarabağ” klubunun sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

XəbərAl.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

Beləliklə, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.

UEFA Vətən müharibəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. “Qarabağ” isə 100 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir