İdman

Şahruddin Məhəmmədəliyevi aparan “Adana Demirspor” “Qarabağ”ın daha bir futbolçusuna elçi düşdü

Sharing is caring!


“Qarabağ”ın daha bir futbolçusu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

“Adana Demirspor” Toral Bayramovun xidmətində maraqlıdır. Məlumata görə, tərəflər danışıqlara başlayıblar.

Qeyd edək ki, 22 yaşlı sol cinah müdafiəçisinin “Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var. O, bu mövsüm ümumilikdə 11 oyunda iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Adana Demirspor” daha əvvəl “Qarabağ”dan Şahruddin Məhəmmədəliyevi transfer edib.

Mənbə: fotomac.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir