Cəmiyyət

Avqust ayı ərzində “Azəriqaz”a 851 müraciət daxil olub

Sharing is caring!


Cari ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və vətəndaşlardan 851 müraciət daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Şikayətlərin Araşdırılması Şöbəsinin rəisi İbrahim Kərbalayev məlumat verib.

O bildirib ki, daxil olan müraciətlərdən 296-sı “opentext” proqramı ilə həyata keçirilib:

“555 müraciət isə elektron formada göndərilib. “Opentext” proqramı ilə daxil olan müraciətlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 159 müraciət azdır. 2023-cü ilin səkkiz ayı ərzində isə ümumilikdə 7 787 müraciət daxil olub ki, onlardan 3 527 müraciət “opentext” proqramı ilə, 4 260-ı isə elektron formada daxil olub. Bu göstəricilər də ötən ilin səkkiz ayı ilə müqayisədə 455 müraciət az olub”.

İ.Kərbalayev onu da əlavə edib ki, müraciətlər, əsasən, təbii qaza görə yaranmış borcun ödənilməsi, fərdi qaydada evlərin qazlaşdırılması və qəsəbə, kəndlərin qazlaşdırılması məsələləri ilə əlaqəlidir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir