Dünya

Berlin hakimiyyəti Almaniyadakı antisemitizm səviyyəsindən şikayətlənib

Sharing is caring!


Fələstin tərəfdarlarının keçirdikləri nümayişlər və yəhudi müəssisələrinə hücumlar Almaniyada antisemitizm probleminin mövcud olmasını sübut edir.

Bunu Berlinin meri Kay Veqner deyib.

Veqner qeyd edib ki, Almaniyada yaşayan hər kəs bilməlidir ki, bu ölkənin cəmiyyəti açıq və çoxmillətlidir. Şəhər rəhbəri vurğulayıb ki, bu cəmiyyətdə nifrətə, antisemitizmə və İsrail əleyhinə təhriklərə yer yoxdur.

Bundan əlavə, Berlin meri Almaniya rəhbərliyinin yürütdüyü cəmiyyətdə antisemit əhvali-ruhiyyənin artmasına səbəb olan miqrantların inteqrasiya siyasətindən də şikayətlənib.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir