Dünya

Rusiyadan Tacikistana uçan təyyarədə körpə dünyaya gəldi – FOTO

Sharing is caring!

Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində xoşbəxt hadisə yaşanıb. Təyyarə Jukovski hava limanından havaya qalxaraq Xucəndə istiqamət götürüb.

Qəfildən sərnişinlərdən biri olan hamilə qadının doğum sancıları başlayıb.

“Airbus” pilotu təyyarəni ən yaxın hava limanına endirməyə hazır olub.

Xoşbəxtlikdən sərnişinlər arasında neonatoloq, iki mama tibb bacısı və bir radioloq da olub. Onlar köpənin göyərtədə doğulmasına kömək ediblər.

Hamilə sərnişin bir saat ərzində ana olub. Dünyaya gələn qız uşağının 2,6 kiloqram çəki və 46 santimetr boya malik olduğu qeydə alınıb. Ona Oişaxon adı verilib.

Daha bir saat sonra isə qadını öz körpəsilə birlikdə Tacikistan hava limanında təcili yardım qarşılayıb.

Mənbə: starhit.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir