Cəmiyyət

Bakı şəhərində parklanma ərazisi zəbt edilib

Sharing is caring!


Bakı şəhərində parklanma ərazisi zəbt edilib.

Oxu.Az-ın məlumatına görə, Nəsimi rayonu Dilarə Əliyeva küçəsində maşınların parklanması üçün yaradılan ərazinin bir hissəsi çayxanaya çevrilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əraziyə müvafiq qurumlarla birgə baxış keçirilib:

“Sahibkara xəbərdarlıq edilib. Parklanma ərazisini qanunsuz zəbt edənlərə qarşı İnzibati Xətalar Məcəlləsinin 354.0.4 maddəsi ilə 100 manat məbləğində cərimə tətbiq edilib”.

T.Orucov əlavə edib ki, qanunsuzluq aradan qaldırılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir