Cəmiyyət

Nazirliyin şöbə müdrini qəbul otağında vuran şəxs məhkəmə zalında həbs edildi

Sharing is caring!


Şəki Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Məhəbbət Qasımovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Saatlı Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.

İttihama görə, 2001-ci il təvəllüdlü Məhəbbət Qasımov 18 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində işlə təmin olunmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan, Saatlı şəhəri, H.Əliyev prospekti, 91 ünvanında yerləşən Saatlı rayon xidmət şöbəsinə müraciət edib. Həmin vaxt şöbənin müdiri vəzifəsində işləyən hakimiyyət nümayəndəsi olan, zərərçəkmiş Rəşad Musazadə şikayəti qəbul edərək, qanunla müəyyən olunmuş qaydada baxıb. Daha sonra qurumun rəhbəri şöbənin vətəndaş qəbul otağında təqsirləndirilən şəxsə qanunvericiliyə müvafiq olaraq məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankında istəyinə uyğun münasib iş olmadığını deyib. Bu zaman Məhəbbət Qasımov işlə təmin olunmadığını əsas gətirərək hiddətlənib və qəsdən Rəşad Musazadənin əyləşdiyi xidməti stula tərəf yaxınlaşıb, zor tətbiq edərək sol ayağı ilə təpiklə onun sağ ayağına vurub. İstintaq dövründə Məhəbbət Qasımovun barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir