Cəmiyyət

“Global Media Group”da çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Sharing is caring!


Ölkənin ən aparıcı şirkətlərindən birində çalışmaq üçün bundan yaxşı fürsət ola bilməz.

Savadına, bacarığına, peşəsinə və gördüyü işin keyfiyyətinə güvənən ixtisaslı kadrlar hələ də iş axtarırsınızsa, “Global Media Group” MMC əməkdaşlıq üçün fürsətlər təklif edir.

“Global Media Group” Azərbaycanda bu sferada fəaliyyət göstərən ən iri media holdinqidir.

2017-ci ildən fəaliyyət göstərən şirkət tərkibinə daxil olan təşkilatların idarə olunması ilə məşğuldur. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

Qeyd edək ki, şirkətin tərkibinə daxil olan – “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

Öz əməkdaşlarına ən geniş imkanları yaradan “Global Media Group” savadlı və özünə güvənən kadrları müxtəlif vakansiyalar üzrə əməkdaşlığa dəvət edir.  Fəaliyyət göstərdiyi müəssisədə iş etikası, dürüstlük, gülərüzlü kollektiv, fədakarlıqdan və keyfiyyətdən güzəşt verməyən bir şirkət olaraq, bu kollektivin bir hissəsi olmaq istəyənlər vakansiyalarla buradan tanış ola bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir