Cəmiyyət

Cəlilabadda məktəbdə qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Sharing is caring!


Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Oxu.Az-a rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru vəzifəsində işləmiş Camal Bəşirovun 2017-2022-ci illər ərzində tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 33 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir