Cəmiyyət

Nəsimi Nəbizadə narkotikə qurşanmasından və bacısına etdiklərindən danışdı – VİDEO

Sharing is caring!


“Bacıma dərd verdiyimə görə özümü bağışlaya bilmirəm. Kişi bacısını incitməz. O, həmişə mənimlə fəxr edib”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Əməkdar jurnalist Nəsimi Nəbizadə deyib.

Narkotikə qurşanmasından danışan jurnalist həyatının son bir neçə ilini “səfeh” dövrü adlandırıb:

“Həmin dövr gəlib 40-la 50 yaşımın arasına düşdü. Heç bilmədim, necə oldu. Pis adamlara lənət olsun”.

O, indiyə qədər ailə qurmadığı üçün peşman olduğunu etiraf edib:

“İnsan vaxtda uduzanda cığallıq edə bilmir, məcbur etiraf edir. Gələn il 50 yaşım olacaq. Hələ ailə qurmamışam. Özümü vaxtda uduzmuş hesab edirəm”.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir