Dünya

Barnaulda sirk gimnastı akrobatik nömrə zamanı hündürlükdən yıxıldı – VİDEO

Sharing is caring!


Rusiyanın Barnaul şəhərində sirk gimnastı çıxış zamanı hündürlükdən yıxılıb.

O, Barnaul sirkinin arenasına düşüb.

Məlumata görə, hazırda gimnast qız xəstəxanadadır. Həkimlər ona qol sınığı və beyin silkələnməsi diaqnozu qoyublar.

Ehtimal olunur ki, qız mürəkkəb akrobatik nömrənin ifası zamanı lenti saxlaya bilməyib və tamaşaçıların gözü qarşısında yıxılıb.

Zərərçəkənin vəziyyəti barədə ətraflı məlumat verilmir.  

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir