Dünya

Məmmədyarov “Grand Chess Tour”da rapid üzrə yeddinci olub

Sharing is caring!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə Zaqrebdə (Xorvatiya) “Grand Chess Tour”un üçüncü mərhələsi davam edir.

Azerisport xəbər verir ki, ilk üç gündə şahmatçılar rapid, sonra isə blits üzrə yarışıblar.

Bu gün rapid üzrə üç yekun mərhələ keçirilib.

7-ci tur: Məmmədyarov – Maksim Vaşye-Laqrav 0:1

8-ci tur: Məmmədyarov – Lenyer Dominqes 0,5:0,5

9-cu tur: Uesli So – Məmmədyarov 0,5:0,5

Turnir cədvəli: Van Forest – 12, Karlsen, Firuzja – hərəyə 11, 7. Məmmədyarov – 8.

Həmçinin, “Grand Chess Tour”un üçüncü mərhələsində çıxış edirlər: Maqnus Karlsen (Norveç), Əlireza Firuzja, Maksim Vaşye-Laqrav (hər ikisi – Fransa), Yan Nepomnyaşi (Rusiya), Uesli So, Lenyer Dominqes (hər ikisi – ABŞ), Yorden Van Forest (Niderland) İvan Sariç (Xorvatiya) və Veselin Topalov (Bolqarıstan).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir