Dünya

Çin COVID-19 üzərində qəti qələbəsini elan etdi

Sharing is caring!

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun Daimi Komitəsi COVID-19-un yayılması üzərində qəti qələbə qazanıldığını elan edib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanalın koronavirusun qarşısının alınması ilə bağlı videomaterialında vurğulanıb ki, Çində COVID-19-dan ölüm halları dünyada ən aşağı səviyyəyə düşüb.

“Epidemiyanın qarşısının alınması və yayılmasına nəzarətdə böyük, həlledici qələbə əldə edilib. Ən çox əhalisi olan ölkənin pandemiyadan uğurla çıxması bəşər sivilizasiyası tarixində möcüzədir”, – deyə süjetdə bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir