Dünya

Litvanın İsveçdəki səfiri Rusiyanı Kalininqradın məhv edilməsi ilə hədələyib – FOTO

Sharing is caring!


Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus Rusiyanın NATO-ya hücum etdiyi təqdirdə Kalininqrad şəhərinin məhv ediləcəyini söyləyib.

O, bu barədə “X” hesabındakı yeni paylaşımında bildirib.

“Əgər Rusiya NATO-ya meydan oxumağa cəsarət etsə, ilk olaraq Kalininqrad zərərsizləşdiriləcək”, – deyə Linkyaviçyus yazıb.

O əlavə edib ki, İsveç alyansa qoşulduqdan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevrilib. Siyasətçinin sözlərinə görə, Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı bəyanatları gerçəyə çevrilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskva NATO ölkələrinə hücum etmək niyyətində deyil. O, bu tezislərdən biriniABŞ-li jurnalist Taker Karlsona müsahibəsində səsləndirib.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir